Günay Bank-dan müştərilərinin təhlükəsizliyi ilə bağlı addım

gunay-bank-dan-musterilerinin-tehlukesizliyi-ile-bagli-addim
Oxunma sayı: 1495

Günay Bank ASC koronavirus (COVİD-19) pandemiyasının ölkədə geniş yayılma təhlükəsini nəzərə alaraq, vətəndaşlarımızın mövcud vəziyyətdə sağlamlığı naminə istifadəsi mart, aprel may aylarında bitən ödəniş kartlarının müddətini uzatdı.

Bankın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, bank ümummilli #evdeqal kampaniyasını dəstəkləyərək ödəniş kartları istifadəçilərinin banka yaxınlaşmaması üçün həmin kartların müddətini 3 ay yəni iyul ayına qədər uzadılmasına qərar vermişdir.

Günay Bank eyni zamanda vətəndaşlara əməliyyatlarını təmassız və təhlükəsiz şəraitdə həyata keçirmək üçün Bankın “Bankonline” internet bankçılıq xidmətindən istifadə etməyi tövsiyə edir.