“Günay Bank” III rübü də mənfəətlə başa vurub

gunay-bank-iii-rubu-de-menfeetle-basa-vurub
Oxunma sayı: 711

“Günay Bank” ASC-nin hazırda təqdim etdiyi hesabata nəzər salsaq aydın olur ki, 2020–ci ilin əvvəlindən bugünə qədər davam edən pandemiya və digər şoklara qarşı Bank öz dayanıqlığını qoruya bilib.

Belə ki, bank ümumilikdə 246.8 min manat mənfəət əldə edib.

İlin əvvəlinə nisbətən isə məcmu kapital 64.179 min manatdan 418 min manat artaraq 64.597 min manata çatıb.

Dünyada baş verən məlum COVİD-19 virusunun demək olar ki, bütün sektorlarda yaratdığı çətinliklərə baxmayaraq, “Günay Bank” ASC ölkədə mənfəətlə işləyən banklar sırasındadır.