Günay Bank ilin ilk rübünü uğurla başa vurdu

gunay-bank-ilin-ilk-rubunu-ugurla-basa-vurdu
Oxunma sayı: 1816

Ölkənin korporativ bankçılıq istiqamətində aparıcı banklarından biri olan “Günay Bank” cari ilin 1-ci rübünə dair hesabatını açıqlamışdır.

Hesabata nəzər salanda məlum olur ki, “Günay Bank” ASC  böyüməkdə davam edir.                                                                                                                                                                                      

Belə ki, ilin əvvəlinə nisbətən Bankın ümumi aktivləri 4 341 000 manat yaxud 2 faiz çoxalmışdır.

Eyni zamanda Bankın kredit portfelində də, ilin əvvəli ilə müqayisədə 3 531 000 manat və ya 2 faiz artım baş vermişdir.

2022-ci ildə 30 illik fəaliyyətini qədəm qoyan “Günay Bank” öz inkişaf tendensiyasını davam etdirməklə gələcək uğurlarına doğru irəliləyir.