“Günay Bank” kollektivi Fəxri xiyabanı ziyarət etdi - Foto

gunay-bank-kollektivi-fexri-xiyabani-ziyaret-etdi
Oxunma sayı: 1763

Bu gün “Günay Bank” ASC-nin rəhbərliyi və işçi kollektivi Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü münasibətilə məzarını ziyarət ediblər.

ASC-dən "Qafqazinfo"ya bildirilib ki, ziyarətçilər Türk dünyasının böyük oğlu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, ona olan sevgi və rəğbətin tərənnümü olaraq məzarı önündə əklil qoyub.

Heydər Əliyev müdrikliyi, onun zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, eyni zamanda yenilməz iradəsi sayəsində həyata keçirdiyi misilsiz fəaliyyət bank kollektivi daxilində də rəğbətlə anılıb, yüksək qiymətləndirilib.