“Günay Bank” ötən ili uğurla başa vurb

gunay-bank-oten-ili-ugurla-basa-vurb
Oxunma sayı: 832

“Günay Bank” ASC ötən ilin yekunları ilə bağlı hesabatı ictimaiyyətə təqdim edib. Məlum olub ki, 2020-ci ilin əvvəlindən bugünə qədər davam edən pandemiya, həmçinin il ərzində yaranmış digər ciddi vəziyyətlərin iqtisadi durumla bağlı yaratdığı  çətinliklərə baxmayaraq “Günay Bank“ ASC ötən ili uğurla başa vurub.

İlkin olaraq hesabatdan məlum olur ki, qeyd olunan dövr ərzində Bank 408 min manat mənfəət əldə edib.

Belə ki,  ümumi aktivlər də 29,2 milyon -  yəni 215.8 mln-dan

245 mln manata yüksəlib.

Dövrün sonuna nağd pul vəsaitləri 18.9 mln-dan, 20.9 mln-a çataraq 2 milyon manat artıb.

Eyni zamanda məcmu kapital  0.7 milyon artaraq, 64.2 mln manatdan, 64.9 mln manata çatıb.

Ümumi kredit portfeli isə 165.9 mln-dan 193.1 mln-a yüksəlmiş və nəticədə 27.2 mln manat artımla nəticələnib.

“Günay Bank“ ASC tərəfindən təqdim olunan illik hesabata ümumən nəzər salsaq, belə qənaətə gəlmək olar ki, Bank öz fəaliyyətində müsbət tendensiyasını davam etdirməyə, mövcud durumun problemlərinə rəğmən 2020-ci ili mənfəətlə başa vurmağa nail olub.