“Günay Bank” və “Günay Sığorta” Koronavirusla Mübarizə Fonduna vəsait ayırdı

gunay-bank-ve-gunay-sigorta-koronavirusla-mubarize-fonduna-vesait-ayirdi
Oxunma sayı: 2478

“Günay Sığorta” ASC Azərbaycan Respublikasının tibbi təhlükəsizliyi naminə  Koronavirusla (COVİD-19) Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb. 

“Qafqazinfo” xəbər verir ki, şirkət fondun hesabına virusla mübarizə məqsədilə 100 000 manat məbləğində vəsait köçürüb.

***

“Günay Bank” ASC də Azərbaycan Respublikasının tibbi təhlükəsizliyi naminə ölkə rəhbərliyi tərəfindən təsis edilmiş layihəyə qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat pul köçürüb.