““Günay bank”ın 850 əmanətçisinə kompensasiyalar ödənilib” - Yenilənib

gunay-bankin-850-emanetcisine-kompensasiyalar-odenilib
Oxunma sayı: 1931

“Cari həftənin birinci günündən bu gün saat 14:00-a qədər “Günay bank”ın 850 nəfər əmanətçisinə kompensasiyalar ödənilib”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev bildirib.

İcraçı direktor qeyd edib ki, bu məbləğ hazırda 16 milyon 462 min 586 manatdır: “Bu isə təxminən 50%-ə yaxın rəqəm deməkdir. “Günay Bank”ın depozit portfeli 82 milyon 507 min manat idi.  Bu, 19 min 77 əmanətçini əhatə edirdi və bunlardan 19 min 42 nəfəri sığortalanan əmanətçilər idi. Qorunan məbləğ isə 72 milyon  315 min manat, hazırda kompensasiya olunacaq məbləğ 35 milyon 120 min manatdır”.

***

Tural Piriyev əlavə edib ki, “Günay Bank”la birgə 22 bank ləğvedilmə prosesindədir, lakin bunların heç də hamısında kreditorlar komitəsi yoxdur.

“Əgər “Günay Bank”ın kreditorları bir yerə toplanıb komitə yaratmaq istəsə, biz, əlbəttə, bunu dəstəkləyəcəyik. Sığortalanmamış əmanətlərin qaytarılması qanunvericiliyə uyğun olaraq tənzimlənəcək. “Günay Bank”da birinci olaraq bütün sığortalanmış əmanətlər veriləcək. Bundan sonra sığortalanmamış əmanətlər üzrə qanunvericiliyə uyğun addımlar atılacaq”.

Zaur Mirzə