Müğənni Günay İbrahimli yeni mahnı və klipini təqdim edib. “Qafqazinfo” xəbər verir ki, “Bu zamandan sonra” adlı mahnının müəllifi Zülfi Bədəlovdur.
İfaçı yeni klipinin rejissor işini Dele (Cavid) Orucluya həvalə edib. Rəngarəng görüntülərin yer aldığı ekran işində Günay İbrahimli izləyiciləri qarşısına bir neçə obrazda çıxıb.
“Mahnıdan bir hissəni instaqramda paylaşmışdım. Gələn reaksiyalardan çox bəyənildiyini anladım. Bundan başqa havalar istiyə doğru gedir. Həm də ölkə ərazisində koronavirusla bağlı karantin rejimidir. Ona görə də düşündüm ki, məhz rəngarəng klip və ritmik mahnı ilə #evdəqal mesajına dəstək olan hər kəsi pozitiv əhval-ruhiyyəyə yükləyim”, - deyə İbrahimli bildirib.
Son xəbərlər
Son Xəbərlər