Günay burnunu kəsdirdi - Foto

gunay-burnunu-kesdirdi
Oxunma sayı: 8421

Müğənni Günay İbrahimli estetik əməliyyat keçirib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə sənətçinin özü məlumat yayıb.

Burnunu kəsdirən Günay instaqramda əməliyyatdan sonra ilk fotosunu paylaşıb.

Qeyd edək ki, ifaçı bir müddət əvvəl açıqlamasında burnuyla bağlı kompleksi olduğunu bildirmiş, süniləşmək istəmədiyi üçün əməliyyat fikrindən daşınmışdı:

"Kompleks, qadınlarla bərabər kişirlərdə də olur. Mən xırda nüansı burnumda gördüm və əməliyyat etdirmək fikrinə düşdüm. Bir qədər düşünüb, ətrafımda burun əməliyyatı keçirən insanlara nəzər yetirdim. Gördüm ki, burunlarının əksəriyyəti bir-birinə oxşayır. Fikrimdən daşındım. Düşündüm ki, Tanrım məni belə yaradıb və özümü belə daha rahat hiss edirəm".