Müğənni Elton Hüseynəliyevlə Günay İbrahimli arasında yaşanan gərginlik səngimək bilmir.
“Qafqazinfo”nun məlumatına görə, Günay “ATV maqazin onlarla” verilişində həmkarının ünvanına sərt sözlər deyib:
İfaçı bildirib ki, heç bir kişi müğənnisi ona rəqib deyil:
“Yanında əyləşən xalq artistindən ( Flora Kərimova) utanmalı idi. Efirdə belə şeylər danışmaq kişiliyə xas olan bir xüsusiyyət deyil. Heç gözləməzdim. Mən o insanı 6-7 aydır görmürəm. Maraqlıdır ki, həmin insanın mənlə problemi var? Tərbiyəm icazə vermir ki, ona öz sözlərimlə cavab verim.
Heç bir kişi müğənni mənə rəqib deyil. Xatırladım ki, 5-6 ay əvvəl efirdə mənə “xanım” deyə müraciət edən, səsimi bəyənən həmkarım əsl üzünü indi göstərdi. Xanımlığıma şübhə edənlərə demək istəyirəm ki, gedib öz problemini həll etsinlər. Kiminsə acığını məndən çıxmasın. Telefonum 24 saat açıq olur, bu sözləri zəng edib mənə deyə bilərdi”.
Qeyd edək ki, Elton Hüseynəliyev açıqlamasında Günay İbrahimlinin sənətdə öz sözünü demədiyini vurğulamışdı.
Son xəbərlər
Son Xəbərlər