Günay Məmmədzadə 14-cü oldu

gunay-memmedzade-14-cu-oldu
Oxunma sayı: 1371

Şahmat üzrə “Hou Yifan Challenge” turnirinin son 4 turunun oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Yudit Polqarın komandasında yer alan Azərbaycanın qadınlardan ibarət milli komandasının lideri Günay Məmmədzadə günün birinci qarşılaşmasında – 14-cü turda Yahli Sokolovskiyə (İsrail) qalib gəlib, növbəti turda Tingjie Lei (Çin) ilə heç-heçə edib, son iki turda isə Avonder Liang (ABŞ) və Volodar Murzinə (Rusiya) uduzub.

Şahmatçımız 17 turda əldə etdiyi 5 xalla 14-cü yerdə qərarlaşıb. Turnirin qalibi 13,5 xalla almaniyalı Vinsent Keymer olub.

Turnirdə iki - Yudit Polqar və Vladimir Kramnikin komandalarının heyətində ümumilikdə 17 şahmatçı mübarizə aparıb.