Günay Məmmədzadə Olimpiadanın ən reytinqli şahmatçısını məğlub etdi

Günay Məmmədzadə Olimpiadanın ən reytinqli şahmatçısını məğlub etdi
Oxunma sayı: 1514

Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası davam edir.

“Qafqazinfo” xəbər verir ki, hazırda qadınların yarışında Azərbaycan yığması Hindistanla mübarizə aparır. 

Komandamızın lideri Günay Məmmədzadə ev sahiblərinin əsas üzvü Hampi Konerunu məğlub edib. 

Qeyd edək ki, Koneru Olimpiadanın ən reytinqli idmançısıdır.