“Qafqazinfo” modern.az-a istinadən xəbər verir ki, bu ilin aprelində Türkiyədə yaşayan azərbaycanlı model Bakıda Bakıda təşkil olunacaq moda nümayişində iştirak edəcək. Günay həm də sözügedən dəfilənin təşkilatçısı olacaq. Həmyerlimiz Türkiyədə modanın yaradıcılarından hesab edilən Yıldırım Mayrukun geyımlərindən ibarət şou təqdım etməyı planlaşdırır.
Bakıda gözlənilən həmin nümayişdə Günayla yanaşı, Türkıyənin tanınmış modelləri də iştirak edəcək.
Qeyd edək ki, Yıldırım Mayruk ötən həftə Bakıda təşkil olunmuş Turk Fashion Day çərçivəsində öz geyımlərini sərgiləməliydi. Lakin nümayişə bir gün qalmış dəfilədən kənarlaşdırılmışdı. Günay Musayevanın fikrincə, bu heç də haqlı addım deyil.
Bu səbəbdən də apreldəki tədbirdə türk modasının canlı əfsanəsi Yıldırım Mayrukun geyimlərindən ibarət nümayişi təşkil etməyi düşünür.
Son xəbərlər
Son Xəbərlər