Azərbaycanlı model Günay Musayevanın əri, türkiyəli aktyor Tolqa Karel evlənməyə hazırlaşır.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aktyor amerikalı model Sara Skotti ilə ailə quracaq. O, nişan mərasimindən olan fotosunu “İnstagram” hesabında paylaşıb.
Qeyd edək ki, T. Karel G. Musayeva ilə 2011-ci ildə ailə qurub. Onların bu evlilikdən Cahangir adlı bir oğlu var. Cütlük 2014-cü ildə boşanıb.





Son xəbərlər
Son Xəbərlər