Günay onu döyən sevgilisini yenə polisə şikayət etdi

gunay-onu-doyen-sevgilisini-yene-polise-sikayet-etdi
Oxunma sayı: 2769

Türkiyədə yaşayan model Günay Musayeva barışdığı sevgilisi Taha Tatlıcıdan polisə yenidən şikayətçi olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. Qeyd olunub ki, məhkəmə tərəfindən verilən bir aylıq uzaqlaşma qərarından sonra Taha Günayın evinə gedib, onu təhdid etməyə başlayıb.

Mübahisədən sonra Günay qışqıraraq qonşulardan kömək istəyib. O, uzun mübarizədən sonra evdən qaçaraq polis şöbəsinə gedib və Tatlıcı barədə şikayət ərizəsi yazıb.

Qeyd edək ki, bir müddət bundan əvvəl Günay və oğlu Cahangircanın Taha tərəfindən şiddətə məruz qalması barədə xəbər yayılmışdı.