“Günay Sığorta” 29 yaşını qeyd etdi

gunay-sigorta-29-yasini-qeyd-etdi
Oxunma sayı: 958

Azərbaycanın ilk özəl sığorta şirkəti olan “Günay Sığorta” ASC sentyabrın 4-də 29 illiyini qeyd edib.

“Qafqazinfo” xəbər verir ki, şirkət Maliyyə Nazirliyi tərəfindən verilmiş 4 sentyabr 1992-ci il tarixli, 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlayıb.

14 avqust 2008-ci ildə Maliyyə Nazirliyi tərəfindən 042483 saylı müddətsiz lisenziya verilib.

29 il ərzində müştərilərinin, əməkdaşlarının, partnyorlarının etibarını qazanaraq fəaliyyət göstərən şirkət bazarda daim yeni məhsulları, operativ xidməti və sosial layihələri ilə seçilib.

“Günay Sığorta” şirkəti partnyorlarına və müştərilərinə uğurlu və etibarlı əməkdaşlığa görə təşəkkür edir.

29 ildir sizə xidmət göstərməkdən məmnunuq!