“Günay Sığorta” şirkətinin “Buta Sığorta” ilə birləşməmişdən əvvəlin nəticələri məlum olub.
“Qafqazinfo” fins.az-a istinadən xəbər verir ki, son beş ayın nəticələrinin müqayisəsinə görə ümumi yığımların həcmi 3,7 dəfə artaraq 153 863 manat olub. Ötən ilin yanvar-may aylarında isə cəmi 40 920 manat sığorta haqqı toplanmışdı.
Şirkətdən bildirilib ki, sığorta yığımlarının 126 min manatı əmlak sığortası ilə bağlı bir korporativ müqavilə üzrə toplanıb. Sığorta haqqlarının qalan 27 863 manatlıq hissəsi kasko sığortadan yığılıb. Sığorta şirkəti yığımlarının 2,5 %-ni ödəniş olaraq müştərilərinə qaytarıb. Amma ödənişlər ötən ilin eyni dövrü ilə müqayisədə dəfə azalıb. Ötən ilin yanvar-may aylarında 41148 manat sığorta ödənişi edilibsə, bu il üzrə bu rəqəm 6 sığorta hadisəsi üzrə 3908 manat olub. Sığorta ödənişlərinin hamısı avtomobillərin könüllü sığortası üzrə ödənilib.
Son xəbərlər
Son Xəbərlər