Günay Türkiyə vətəndaşı oldu

gunay-turkiye-vetendasi-oldu
Oxunma sayı: 2731


“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb. 

Musayeva sosial şəbəkədə Türkiyə vətəndaşı olduğunu təsdiq edib:

“Şəxsiyyət vəsiqəmi alanda selfie çəkib paylaşacaqdım, amma operativ jurnalistlər planımı suya saldı. Gözəl xəbərdir. Aranıza xoş gəldim. Türkiyə vətəndaşı olmaq nəhayət ki, qismət oldu. Bu adı qürurla daşıyacağam”.

Musayeva 2011-in avqust ayında aktyor Tolqa Karellə ailə qurub. Cütlüyün bir il sonra Cahangir Can adlı oğlu dünyaya gəlib. Günay-Tolqa cütlüyü bu il boşanmaq üçün məhkəmə prosesi davam edir. 

Qeyd edək ki, 403 saylı Türk vətəndaşlığı Qanununa görə evlilik səbəbiylə Türkiyə vətəndaşlığına keçmək üçün ən az 3 il evli olmaq, məcburi səbəblər xaricində bir yerdə yaşamaq, ictimai nizam, milli təhlükəsizlik və ümumi əxlaq baxımından təhlükəli olmamaq və kafi dərəcədə türkcə bilmək lazımdır.

Könül