Günay yenidən aparıcılıq edəcək

gunay-yeniden-apariciliq-edecek
Oxunma sayı: 9132

Aparıcı Günay Yelmarqızı ATV kanalında işə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, aparıcı hər həftənin bazar ertəsi “ATV Xəbər”i təqdim edəcək. Bu barədə Günay sosial şəbəkədə yazıb.

Xatırladaq ki, G.Yelmarqızı xəbər aparıcısı kimi ilk dəfə 2003-cü ildə ATV kanalında efirə çıxıb.

Qeyd edək ki, Günay Yelmarqızı Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibidir.