Günay İbrahimli mərhum xalq artisti İlhamə Quliyevanın repertuarına müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, müğənni 106.3 radisonun layihəsi çərçivəsində “Gedirəm” adlı mahnını ifa edib.
Sənətçi əsəri yeni aranjemanda təqdim etdiyini söyləyib:
“Fevralı ayının 25-i İlhamə Quliyevanın ölümündən bir il ötdü. Azərbaycanlı müğənnilər bir araya gələrək mərhum xalq artistinin repertuarına müraciət etdilər. Layihəni 106.3 radiosu ərsəyə gətirib. Onlar sənətkarın mahnılarından ibarət albom hazırlayıb. Arzu xanım başda olmaqla hər kəsə təşəkkür edirəm. Bu gün “Gedirəm” adlı albom işıq üzü görəcək. Məndən başqa həmkarlarım da albomda yer alıb.
Mən İlhamə xanımın “Gedirəm” əsərini səsləndirmişəm, elə albomun adı da bu mahnıyla bağlıdır. Əsərin musiqisi Novruz Aslan, sözləri Gülnarə Sanılıya məxsusdur. “Gedirəm”i yeni aranjemanda və fərqli tərzdə ifa etmişəm. Aranjeman üçün Vüsal Qarayevə (Vaso) təşəkkür edirəm”.
Son xəbərlər
Son Xəbərlər