Günaydan “Zəfər nəğməsi” - Video

gunaydan-zefer-negmesi
Oxunma sayı: 3086

Müğənni Günay İbrahimli Azərbaycanın Vətən Müharibəsindəki qalibiyyətinə mahnı həsr edib.

"Qafqazinfo" xəbər verir ki, “Zəfər nəğməsi” adlanan mahnının müəllifi Aygün Səmədzadədir. Bəstənin aranjimanı Əvəz Muradova aiddir.

İfaçı yeni mahnısını kliplə birgə rəsmi “YouTube” kanalında sevənlərinin ixtiyarına verib. Klipin rejissoru Dele Orucludur.

“Zəfər nəğməsi” haqda danışan Günay İbrahimli bunları deyib:

"Yaşadığımız zəfərə görə başda Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev olmaqla hər bir əsgərimizə sonsuz təşəkkürlərimi bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin!”.