“Türk tranziti” adlı 8 hissəli serialda G.Musayeva Şahnur adlı obrazını canlandırır.
“Qafqazinfo” xəbər verir ki, serial rus yazarı Vladimr Qrinkovun “Türk tranziti” bestsellerinin motivləri əsasında çəkilir. Serialda tanınmış kinoaktyorlar Yanina Studilina, Boris Şerbakov, Yulya Melnıkova, Eldar Lebedev, Vladimr Jerebsov, Larisa Kadocinkova, Beso Qataev, Maksim Vajov, Aleksandr Lobanov rol alıb.
G.Musayeva Türkiyədə keçirilən kastinqə qatılan 380 adam arasından seçilib.
Qeyd edək ki, bədii serial rus-türk mafiyasından bəhs edir. Rusiyalı əkiz bacıların mafiya tərəfindən oğurlanaraq Türkiyəyə gətirilməsi və daha sonra onların başına gələn hadisələrdən bəhs edir.
Son xəbərlər
Son Xəbərlər