Günayın çəkildiyi serial yayımlanmayacaq - Reytinq böhranı

gunayin-cekildiyi-serial-yayimlanmayacaq
Oxunma sayı: 3759

Bir neçə həftədir ki, reytinqi ürəkaçan olmayan “Cesur Yürey”in yayımı dayanır.

“Qafqazinfo” xəbər verir ki, azərbaycanlı model Günay Musayevanın da rol aldığı serialın final bölümü vaxtından əvvəl yayımlanacaq.

Layihə 21-ci bölümdə ekranlarla vidalaşacaq.

Xatırladaq ki, bir müddət əvvəl serialda təcili əməliyyat zamanı həkimlərin silahla təhdid və təhqir olunması, peşəni kiçildilməsi hallarına rast gəlinmişdi.

RTÜK kanala 711 min 834 lirə pul cəzası vermişdi.