Gündə cəmi 5 badam...

Gündə cəmi 5 badam...
Oxunma sayı: 6301

Kalori defisiti olan pəhriz çəkinin azaldılması üçün ən populyar yanaşmalardan biridir, lakin bəzi qida əlavələri də faydalı ola bilər. Bəzi qoz növləri, misal üçün, onların mürəkkəb qidalanma profilinə görə maddələr mübadiləsini sürətləndirə bilər.

“Qafqazinfo” “MedikForum”a istinadla xəbər verir ki, yeni tədqiqatın göstərdiyinə görə, gündə cəmi 5 badamın qəbul edilməsi qanda faydalı yağların səviyyəsini artıraraq, çəkinin azaldılmasında kömək edə bilər.

Gündəlik badam qəlyanaltıları fiziki məşğələlərin piyyandırma effektini gücləndirə bilər. Tədqiqat göstərib ki, cəmi 57 qram qoz qəbul edən iştirakçılarda məşqdən sonra qanda daha çox faydalı piy müşahidə olunub. Bundan əlavə, gündəlik badam istehlakı maddələr mübadiləsini dəyişdirir, iltihabı və stressi azaldır.

Badamın tərkibində stressdən sonra metabolik bərpanı dəstəkləyə bilən qida maddələri və polifenolların unikal və mürəkkəb qarışığı var.