“Gündəliyimdə üç mövzu var idi: silahlar, silahlar, silahlar” - Kuleba

gundeliyimde-uc-movzu-var-idi-silahlar-silahlar-silahlar
Oxunma sayı: 1853

“Dünən NATO-nun mənzil-qərargahının girişində müttəfiqlərlə danışıqlarımın gündəliyində yalnız üç mövzunun olduğunu elan etdim: silahlar, silahlar və silahlar”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba feysbuk səhifəsində yazıb. 

O qeyd edib ki, bir çox ölkələri Ukraynaya hərbi yardıma ehtiyac olduğuna inandıra bilib: 

"Əvvəlcə bir sıra ölkələr bizə heç vaxt silah göndərməyəcəklərini dedilər. Onlar göndərdilər. Sonra başqaları dedilər ki, bizə ağır silahlar verməyəcəklər. Artıq verirlər. Amma Ukraynaya torpaqlarını rus işğalçılarından qorumaq üçün verilən istənilən silah, silahdır. Təyinatına görə müdafiə deməkdir”.

Kulebanın sözlərinə görə, aprelin 7-də NATO-nun mənzil-qərargahında olarkən G7, NATO nümayəndələri ilə danışıqlar aparıb, həmçinin tərəfdaşlarla ikitərəfli görüşlər keçirib.

"Nəticələr müsbətdir. Ukraynaya hərtərəfli dəstək, təkcə taktiki deyil, həm də rus işğalçılarını torpaqlarımızdan qovmağa, insanların həyatını xilas etməyə və müharibədə qalib gəlməyə kömək edəcək uzunmüddətli strateji qərarlara hazır olmaqdan ibarətdir. İndi əsas məsələ bizə nə veriləcəyi deyil, nə vaxt veriləcəyidir. Hər keçən gün vacibdir və hər gün biz artıq mövcud olan və daha çox olacaq nəticə üçün çalışırıq”.