“Gündəm” qrupu yeni foto-layihəsini təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, qrup üzvləri əyləncəli fotosessiyada yer almaq üçün kamera qarşısına keçiblər.
Layihədə müğənnilər həbs olunması və zindana atılması fotolarla göstərilib.
“Gündəm” qrupunun prodüseri Təranə Səmədova “Qafqazinfo”ya foto-layihə barədə məlumat verib:
“Maraqlı bir fotosessiya düşünürdük. Fikirləşdim ki, dənizin kənarı, yolur ortası, avtomobil və musiqi alətləri ilə fotosessiayalar çox olub. Ancaq bu cür riskli fotosessiyanı hələ ki, heç kəs etməyib. Kimsə birdən-birə “həbs” sözününün məsuliyyətini öz üzərinə götürməz.
Həmişə seçilməyə çalışan Təranə düşündü ki, niyə də yox? Fotoların müəllifi Pərviz Şalıyevdir. İnsanlarımız da bu layihəni sağlam düşüncə ilə qəbul edər. Sadəcə olaraq əyləncə xarakterli bir fotosessiyadır. Normalda isə ölümdən və türmədən heç kəs siğortalanmayıb. Həbsdə olanların isə Allah qapısını açıq etsin”.













Son xəbərlər
Son Xəbərlər