Gündoğan formasını hərraca çıxardı

gundogan-formasini-herraca-cixardi
Oxunma sayı: 1434

“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan Çempionlar Liqasının 1/4 finalının “Borussiya”  (Dortmund) ilə ilk matçında geyindiyi formanı hərraca çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə 30 yaşlı yarımmüdafiəçi öz Tvitter hesabında paylaşım edib. O, formanın satışından gələn gəlirin ollier xəstəliyindən (sümük xərçəngi) əziyyət çəkən 8 yaşlı Dilara Abanoğlunun müalicəsinə sərf olunacağını bildirib.

Qeyd edək ki, “şəhərlilər” 1/4 finalın həm ilk, həm də cavab oyununda “Borussiya”nı 2:1 hesabıyla məğlub edib və yarımfinala yüksəlib. Komandanın yarımfinaldakı rəqibi PSJ-dir.