Gündüz Abbaszadə “Qarabağ”dan getdi

gunduz-abbaszade-qarabagdan-getdi
Oxunma sayı: 2930

Gündüz Abbaszadə “Qarabağ”dan ayrılıb. “Qafqazinfo”ya açıqlamasında G.Abbaszadə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini bildirib.

O qeyd edib ki, klub rəhbərliyinə müraciət edib: “2 il 4 ay mənim üçün böyük təcrübə oldu. İki çempionluq yaşadım, 2 dəfə avrokubokların qrup mərhələsində çıxış etdik. Biz sadəcə rəsmi olaraq yollarımızı ayırırıq. Mənə etimad göstərən hər kəsə, klub rəhbərliyinə, Əmrah Çəlikələ, Qurban Qurbanova təşəkkür edirəm. Yeni planlar var, bundan sonra fəaliyyətimi harda davam etdirəcəyimə yaxın zamanlarda qərar verəcəyik”.