Gündüz Abbaszadədən sərt cavab- - "Vicdan orda qalıb, Xaqani Məmmədov"

gunduz-abbaszadeden-sert-cavab-
Oxunma sayı: 2386


Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Neftçi”nin mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə deyib. 

Klub rəsmisi Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun onun haqqnda dediklərinə münasibət bildirib: “Xaqani Məmmədov deyir, Əliyar Ağayev “Qarabağ” – “Neftçi” oyununda səhvsiz hakimlik edib. Gülməlidir elə deyilmi? “Neftçi”nin qapısına təmiz, qaydalar çərçivəsində vurulmuş qolu qeydə almayan hakimlərin yüksək səviyyədə oyun idarə etdiyini demək ayıbdır! Mən indi sizə sual verirəm, Reynaldo son dəqiqədə qol vurmasaydı, “Qarabağ”ın qələbəsi əlindən alınmış olmayacaqdımı? Çexiyalı Zelinkanın “Qarabağ” – “İnter” oyununda saymadığı qoldan sonra mətbuat önünə çıxaraq, Hakimlər Komitəsinin sədri kimi bütün etik normalara tüpürüb hakimi qərəzdə suçlayan Xaqani Məmmədov niyə indi fərqli danışır? Biz nə istəyirik ki? Deyirik, hakim futbolçumuzu təhqir edib. Üzr istəsin. Bunun qarşısı alınsın. İclas zalı ilə qatar kupesini səhv salan hakimbaşının bir neçə cümləlik açıqlamasında vicdan sözü dilindən düşmür. Deyəsən, “Şəfa” – “Xəzər Universiteti” oyunun 98-ci dəqiqəsində olmayan penaltini təyin etməklə çempionatı dayandırdığı yaddan çıxıb? Vicdan orda qalıb, Xaqani Məmmədov. Onu "məhşur" oyundan sonra “Şəfa” stadionunda qurulmuş dar ağacından asdılar. İndi siz deyin, kimdir həkimə getməli olan? Mən, yoxsa?.."