“Günə ən azı 10 nəfəri blok edirəm”

gune-en-azi-10-neferi-blok-edirem
Oxunma sayı: 1822

“Sosial media mənə tamamilə yanlış insan təbəqəsini  tanıtdı. Onlar da yanlışlıqla məni izləməyə başladı. Məndən izlənmə və blok sayını soruşsanız, deyərəm ki, blok sayım 2 milyona çatır. Deyə bilərəm ki, hər gün ən azı 10 nəfəri blok edirəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva “Avto FM”ə qonaq olarkən deyib. Müğənni- bəstəkar sosial şəbəkələrdən və mediadan şikayətlənib:

“Sosial mediamda, internetdə zir-zibil görmək istəmirəm. Gözlərim ona layiq deyil. Xüsusilə mediadan xahiş edirəm. Reytinqi müğənnilər üzərində qurmayın. Reytinq nə deməkdir? Səviyyəsiz bir ortam…. Tünzalənin dekoltesi günün əsas xəbərinə çevirilir”.