“Qafqazinfo”nun məlumatına görə, müsabiqə haqda məlumat verən təşkilatçı Aqil Məmiyev təmsilçimiz Günel Şirəliyeva ilə birlikdə hazırda yarışmaya hazırlaşdıqlarını bildirib:
“Fotosessiyalar çəkilir, ölkəmizi tərənnüm edən video-rolik hazırlanır. Günelin üzərində hazırda tanınmış stilist Pərvanə Məmmədova və Sabir işləyir. Müsabiqənin prezdenti Çağrı Tortopla sonuncu görüşümüzdə qərar verdik ki, gələn il sözügedən müsabiqəni ölkəmizdə keçirdək. Bu ölkəmiz üçün turizim baxımından və tanıtım baxımından çox gözəl addımdır”.
Qeyd edək ki, müsabiqənin finalı “Kral TV” ilə canlı yayımlanacaq. Münsiflər heyətində Türkan Şoray, Uğurkan Erez, Serdar Ortaç, Çağla Şikel kimi məşhurlar yer alacaq.
Könül
Son xəbərlər
Son Xəbərlər