Güneli bu fotosuna görə qınadılar

guneli-bu-fotosuna-gore-qinadilar
Oxunma sayı: 6298

Amerikada yaşayan tanınmış aparıcı və bloqqer Günel Hümbətovanın İnstaqram hesabında paylaşdığı foto müzakirələrə səbəb olub.

“Qafqazinfo”nun məlumatına görə, Hümbətovanın Mayamidə həyat yoldaşı Firuz Soliyevlə istirahətdə olarkən çimərlik geyimində çəkdirdiyi şəkli izləyiciləri iki qismə bölüb. Onun bu fotosunu normal qarşılayanlarla yanaşı, tənqid edənlər də olub.

Fotoya 11 mindən çox “like”, 400-ə yaxın şərh gəlib.

Qeyd edək ki, 2015-ci ildə ailə quran Günel-Firuz cütlüyünün Josefina adlı qız övladı var.