Ötən gün müğənni Sibel Can İstanbulda konsert verib. “Qafqazinfo” xəbər verir ki, sənətçi Harbiye Cemiz Topuzlu Konsert Zalında səhnəyə çıxıb.
Məşhuru izləyənlər arasında azərbaycanlı müğənni Günel Zeynalova da olub. O, rəfiqəsi ilə birgə Sibelin mahnılarını dinləyib, videolarını çəkərək instaqramda paylaşıb.
Musiqili gecədən sonra Günellə Sibel kulisdə bir araya gəliblər. Həmyerlimiz həmkarı və onun qızı Melisa ilə şəkil çəkdirərək sosial şəbəkədə yayıb.



Son xəbərlər
Son Xəbərlər