“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, uçuş zamanı sükan arxasında Borşberq özü oturacaq. Onu ikinci pilot – isveçrəli Bertran Pikar əvəz edəcək. Təxmin edilir ki, marşrut Əbu-Dabidən Omana, daha sonra Hindistan və Çini əhatə edəcək. Bundan sonra Sakit okean, ABŞ və Avropa ölkələri üzərindən uçuş həyata keçiriləcək.
“Solar Impulse 2” birinci nümunənin təkmilləşdirilmiş variantıdır. Uçuş aparatının qanadlarının kənar nöqtələri arasındakı məsafə 72 metr təşkil edir və çəkisi təxminən 2,3 tondur. Təyyarənin ölçüləri “Airbus A380” adlı ən böyük sərnişin daşıyıcısı ilə müqayisə oluna bilər.
Təyyarənin əksər hissəsini təxminən 17 min fotoelement əhatə edir ki, litium-ion batareyaları ilə birgə aparatın mühərrikinin işini təmin edir. Təyyarənin sürəti saatda 140 km-ə bərabərdir, aparat 12 min kilometr hündürlükdə uça bilir.
Son xəbərlər
Son Xəbərlər