Günəş yanıqlarından necə qurtulmaq olar?

gunes-yaniqlarindan-nece-qurtulmaq-olar
Oxunma sayı: 1151


“Qafqazinfo” yanıqlardan çarə olan vasitələri təqdim edir:

 İlıq su ilə doldurulmuş vannanın içərisində 15-20 dəqiqə gözləyin. Duş geli və sabun kimi vasitələrdən bir müddət uzaq durun .

Pambıq tərkibli parçanı soyuq suya batırın və yanıqlar üzərinə sərin.

Yaş parça dərinizdə 20-30 dəqiqə qaldıqdan sonra prosesi təkrarlayın.

İbuprofen, aspirin kimi reseptsiz dərmanlar ağrını azaldıb sizi rahatlaşdıra bilər.

Uşaqlara aspirin verməyin. Bunun yerinə, həkiminizlə məsləhətləşin.

Günəş yanıqları sağalana qədər əsla dar geyimlər geyməyin. Enli, rahat və pambıq paltarlar seçin.

Günəş yanığı  zamanı bol maye qəbul edin. Gün ərzində 8-10 su stəkanı su için.

Zümrüd