Güney Azərbaycan Keçici Milli Məclisinin üzvləri Bakıya gəldi - Fotolar

guney-azerbaycan-kecici-milli-meclisinin-uzvleri-bakiya-geldi
Oxunma sayı: 4732

Güney Azərbaycan Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri Azərbaycana gəlib.

“Qafqazinfo” "Report"a istinadən xəbər verir ki, səfər Ümid Partiyasının dəvəti ilə həyata keçirilir.

Təşkilat Komitəsinin üzvləri noyabrın 28-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Nümayəndə heyəti həmçinin 1945-1946-cı illərdə Güney Azərbaycanda mövcud olmuş milli hökumətin lideri Seyid Cəfər Pişəvərinin məzarını, Şəhidlər xiyabanını və “Türk Şəhidliyi” abidəsini ziyarət edib.

Səfər çərçivəsində Təşkilat Komitəsinin növbəti iclasının keçirilməsi, Ümid Partiyası və Azərbaycanda fəaliyyət göstərən digər siyasi partiyalarla, qeyri-hökumət təşkilatları və media nümayəndələri ilə görüşlər nəzərdə tutulub.

Səfər noyabrın 30-na kimi davam edəcək.