Güney Azərbaycanda güclü partlayış- - 2 ölü, 20 yaralı

guney-azerbaycanda-guclu-partlayis-
Oxunma sayı: 1351


“Qafqazinfo”nun  APA-ya istinadən məlumatına görə, hadisə mayın 6-da Bakı vaxtı ilə saat 17:20-də Qəzvin şəhərinin cənubunda Əlborz sənaye şəhərciyində bitki yağlarının istehsalı ilə məşğul olan zavodun anbarında baş verib. Yanğını yalnız 2.5 saatdan sonra söndürmək mümkün olub. İlkin məlumata görə, 2 nəfər ölüb, 20 nəfər xəsarət alıb. Yaralılar Qəzvin şəhərinin Şəhid Rəcayi xəstəxanasına qaldırılıbıar. Onlardan bəzilərinin vəziyyəti ağır olduğundan Tehrana aparılıb.