Güney azərbaycanlı jurnalist Səid Zəncanlı vəfat edib

guney-azerbaycanli-jurnalist-seid-zencanli-vefat-edib
Oxunma sayı: 895



Bu ağır itki təkcə Səid bəyin ailəsini deyil, bütün dünaya azərbaycanlılarını kədərləndirdi.
1959-ci ildə Zəncan şəhərində dünyaya gələn Səid Zəncanlı ömrünün ən səmərəli illərini vətəninə və millətinin azadlığına sərf etməklə yanaşı, 30 ilə yaxın Azərbaycan Teleradiosunda Bütöv Azərbaycanın mədəniyyətini və tarixini əks etdirən minlərlə verilişlər hazırlamış və bütün dünyaya yaymışdır. 

Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamenti bu ağır itki ilə bağlı Səid bəyin ailəsinə, yaxınlarına və bütün dünya azərbaycanlılarına başsağlığı verib.