Günün 3-cü medalı da güləşçilərimizdən gəldi- - Yenilənib

gunun-3-cu-medali-da-gulescilerimizden-geldi-
Oxunma sayı: 7784


“Qafqazinfo”nun məlumatına görə, oyunlar Heydər Əliyev adına İdman Kompleksində baş tutacaq. 

Azərbaycan qadın güləşçiləri mübarizəyə qatılacaq, oyunda medal sahibləri bəlli olacaq. 

***

Azərbaycan güləşçisi Natalya Sinişin 1/4 finala vəsiqə uğrunda italiyalı Patrisiya Liuzzi ilə qarşılaşıb. İdmançımız vaxtından əvvəl təmiz qələbə qazanıb.

***

Güləşçimiz Nadya Muşkanın növbəti rəqibi rusiyalı Natalya Vorobyova olacaq.

***

48 kq dərəcəsində ölkəmizi millimizin lideri Mariya Stadnik təmsil edir. 1/8 finaldan mübarizəyə başlayan dünya və Avropa çempionumuz portuqaliyalı Liliana Kosta dos Santos ilə qarşılaşıb və 12:2 hesabl qələbə qazanıb.

***

60 kq çəki dərəcəsində təmsil edən Yuliya Ratkeviç 1/8 finaldan mübarizəyə başlayıb. Dünya və Avropa çempionu, həmçinin, Universiadanın qalibinin ilk rəqibi bolqarıstanlı Tsibe Yuseyn olub. Yığmamızın lideri məğlubiyyətə üzülüb. O, gözlənilmədən Yuseynə 4:14 hesabı ilə uduzub. Əgər bolqar güləşçi finala kimi irəliləyərsə, Yuliya təsəlliverici görüşlərə qatılacaq.

***

69 kq çəki dərəcəsində idmançımız Nadya Muka rusiyalı Natalya Vorobeva ilə qarşılaşır.

***

55 kq çəki dərəcəsində güləşçimiz Natalya Siniçina ¼ final görüşünə çıxıb. 

O, yarımfianla adlamaq üçün türkiyəli Gün Bediha ilə qarşılaşır.

***

Natalya Sinişina təmiz qələbə qazandı,hesab 10:0.

***

Nadya Muşka uduzdu. O, rusiyalı rəqibinə 0:5 hesabı ilə məğlub oldu.

***

48 kq çəki dərəcəsində idmançımız Mariya Stadnik fransalı Sebatie Culie ilə qarşılaşır.

***

Mariya Stadnik rəqibi üzərində təmiz qələbə qazandı, 11:0. 

***

55 kq çəki dərəcəsində güləşçimiz Natalya Sinişina isveçli Mattsson Sofiya ilə qarşılaşır.

***

Sinişina 5:6 hesabı ilə rəqibinə uduzdu. 

***

48 kq çəki dərəcəsində idmançımız Mariya Stadnik polşalı İvona Matkovska ilə qarşılaşır.

***

Mariya Stadnik təmiz qələbə qazandı. Hesab 8:2.

***

Natalya Sinişina bürünc medal uğrunda çıxışını davam etdirəcək. Sinişina saat 19:28-də Tatyana Kitlə (Almaniya) güləşəcək.

***

55 kq dərəcəsində güləşçimiz Natalya Sinişina bürünc medal uğrunda mübarizə aparacaq. O, medal qazanmaq uğrunda almaniyalı Tatyana Kitlə üz-üzə gələcək.

***

Sinişina 8:0 hesabı ilə rəqibindən öndədir. 

***

10:0 hesablı təmiz qələbə ilə idmançımız bürünc medalı qazanır.