Günün ən bol qollu matçında “Benfika” qalib gəldi - Fotolar + Video

gunun-en-bol-qollu-matcinda-benfika-qalib-geldi
Oxunma sayı: 1760

Avropa Liqasının ¼ final mərhələsinin ilk matçlarında ən bol qollu oyun “Benfika” və “Ayntraxt” arasında baş tutub.

“Qafqazinfo” xəbər verir ki, 6 qolun vurulduğu oyunda “Benfika” 4:2 hesabı ilə qalib gəlib.

Matça 19 yaşlı Joa Feliks damğa vurub. 3 qol vuran gənc hücumçu komandasının qələbəsində əsas pay sahibi olub.

Qeyd edək ki, “Ayntraxt” matçda 70 dəqiqə 10 nəfərlə mübarizə aparmalı olub.

“Benfika” (Portuqaliya) - “Ayntraxt” (Almaniya) - 4:2

Qollar: Joao Feliks, 21, 43, 54, Dias, 50 - Yoviç, 40, Pasiensa, 72

Qırmızı vərəqə: Obite N'Diçka, 20 (“Ayntraxt”)