Günün günorta çağında ağacı elə kəsdilər, kölgə bilmədi-bilmədi...

gunun-gunorta-caginda-agaci-ele-kesdiler-kolge-bilmedi-bilmedi
Oxunma sayı: 5493

Bu gün Bakının mərkəzində ağacın kəsilərək yerində parkinq salınması ölkədə gündəm yaradıb.

Məsələyə dərhal dövlət başçısı reaksiya verib və parklanma yerinin sökülməsini tapşırıb.

Bununla bağlı artıq ciddi araşdırmalar aparılır. Cərimə olunanlar və cəzalandırılanlar var. Eyni zamanda, parkinqin də sökülməsinə başlanılıb.

Belə bir məqamda Azərbaycanın görkəmli şairi Eldar Baxışın vaxtilə qələmə aldığı və bu mənzərəni xatırladan məşhur şeiri yada düşür.

“Qafqazinfo” sözügedən şeiri oxuculara bir daha təqdim edir:

Tək dedilər – təklədilər,

qanına yeriklədilər.

sonra da dərdini alıb

dağa-daşa yüklədilər,

çəkə bilmədi-bilmədi.

Əsim-əsimcə əsdilər,

öldürməyə tələsdilər,

günün günorta çağında

ağacı elə kəsdilər, –

kölgə bilmədi-bilmədi.

Xallandı gül – butasında.

nər qarnında  – qartasında.

bir şairi öldürdülər

bir ölkənin ortasında, –

ölkə bilmədi-bilmədi.