Günün ikinci partlayışı - Ölənlərin sayı 50-yə yaxınlaşır

gunun-ikinci-partlayisi
Oxunma sayı: 3247

İraqda Bağdadın yaxınlığında daha iki partlayış baş verib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ard-arda baş verən partlayışlar nəticəsində azı 5 nəfər ölüb, 20-yə yaxın adam yaralanıb.

Baş verənlərə görə məsuliyyəti hazırda heç bir qruplaşma öz üzərinə götürməyib.

Xatırladaq ki, Bağdadda bir neçə saat əvvəl də Əl-şabab və Fəhəd bölgələrində bazarda partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb, 90 nəfər isə yaralanıb.

Aysel Kərimova