Gürcü baş nazir İlham Əliyevlə görüşəcək

gurcu-bas-nazir-ilham-eliyevle-gorusecek
Oxunma sayı: 1332

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

“Qafqazinfo” report-a istinadən xəbər verir ki, görüşün İsveçrənin Davos şəhərində Ümumdünya İqtisadi Forumunun 46-cı sessiyası çərçivəsində keçirilməsi nəzərdə tutulur.

G.Kvirikaşvili İsveçrəyə yanvarın 20-də yola düşəcək və səfər 22 yanvar tarixinədək davam edəcək.