Gürcü evlənmək istədiyi erməni qızını oğurladı

gurcu-evlenmek-istediyi-ermeni-qizini-ogurladi-
Oxunma sayı: 1609


“Qafqazinfo”nun Musavat.com-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Məhkəmə Departamentindən bildirilib.

İttiham aktına görə, ötən il iyulun 26-da Artur başqa bir Gürcüstan vətəndaşı Qoça Qomelauri ilə sövdələşərək Gümrünün Qələbə prospektində şəhər sakini M.P-ni evlənmək məqsədilə oğurlayıblar. 

Artura qarşı Cinayət Məcəlləsinin 131-ci maddəsi üzrə (“Gizli və ya aşkar şəkildə aldatma, etimaddan sui-istifadə, zorakı və ya zor tətbiqi hədəsi ilə qabaqcadan sövdələşmə əsasında qrup tərəfindən həyata keçirilən adam oğurluğu”) cinayət işi açılıb. 

Gürcüstan vətəndaşı artıq həbs edilib. Məhkəmənin ilk iclası fevralın 24-ə təyin olunub.