“Qafqazinfo” gürcü KİV-nə istinadən xəbər verir ki, Pandjikidze bu insidentin iki ölkə arasındakı dostluq əlaqələrini korlamağa çalışan təxribatçılar tərəfindən təşkil edildiyini bildirib:
“Mən əminəm ki, İdman və Gənclər Nazirliyi Azərbaycan tərəfini inandıra biləcək ki, həmin təxribatçıların arxasında nə hökumət, nə də komanda azarkeşləri dayanır. Bu kiminsə individual hərəkəti idi və məncə səhnələşdirilmiş təxribat idi. Gürcüstan və Azərbaycan arasında dostluq əlaəqləri var və heç kəs bu əlaqələri korlaya bilməz. Həmin təxribatçılar istəklərinə çata bilməyəcəklər”.
Xatırladaq ki, dünən baş tutan "Neftçi"-"Çixura" qarşılaşmasında qonaq klubun azarkeşlərinin Azərbaycanın bəzi bölgələrinin Gürcüstan ərazisi kimi təsvir edən pankart qaldırılmışdılar.
Son xəbərlər
Son Xəbərlər