Gürcü nazir və müavini koronavirusa yoluxdu

Gürcü nazir və müavini koronavirusa yoluxdu
Oxunma sayı:

Gürcüstanın maliyyə naziri İvane Maçavariani koronavirusa yoluxub.

“Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, nazirin COVİD testi pozitiv nəticə verib. Maçavarianinin özünü yaxşı hiss etdiyi və evdən distant rejimdə işləməyə davam edəcəyi bildirilib.

Qeyd edək ki, Maçavariani ilə yanaşı, müavini Georgi Kakauridze də koronavirusa yoluxub.