Gürcüstanın müxalif “Pirveli” telekanalının operatoru Lekso Laşkarava son mənzilə yola salınıb.
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, dəfn mərasimində KİV və ictimaiyyət nümayəndələri, müxalifətçilər iştirak ediblər. Dəfn bir neçə telekanallarda canlı yayımlanıb.
Qeyd edək ki, Laşkarava iyulun 11-də dünyasını dəyişib. Onun cəsədini anası tapıb. Operatorun dəqiq ölüm səbəbi məlum olmasa da, Daxili İşlər Nazirliyi dozadan artıq narkotik istifadə etməsini səbəb göstərir.
Laşkarava iyulun 5-də LGBT əleyhdarlarının jurnalistlərə hücumu zamanı xəsarət alıb. Ona hücum edənlərdən 5 nəfər saxlanılıb.





Son xəbərlər
Son Xəbərlər