Gürcü ziyalıları Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb

gurcu-ziyalilari-azerbaycan-heqiqetleri-barede-melumatlandirilib
Oxunma sayı: 1048


“Qafqazinfo” xəbər verir ki, Miras İB-nin layihəsi əsasında Azərbaycana gələn ziyalı və gənclərlə görüşdə millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun sədri Qənirə Paşayeva bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri sadəcə qonşuluq və dostluq münasibətləri deyil, bu, ən yüksək səviyyədə strateji müttəfiqlik münasibətləridir. O, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən Gürcüstanda həyata keçirilən mədəni, təhsil, social layihələr barədə də məlumat verərək, iki dost ölkə arasında münasibətlərin daha da genişləndiyini və onun daha da inkişafında hər iki ölkənin gənc nəsillərinin üzərinə böyük vəzifələr düşdüyünü deyib. 

Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun fəaliyyəti ilə də bağlı məlumat verən millət vəkili Qənirə Paşayeva  Azərbaycan Parlamentinin Gürcüstan ilə əməkdaşlığa böyük önəm verdiyini xüsusi vurğulayıb. “Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün pozulması kimi oxşar problemi var. Bunları da həll etmək üçün bizim daha güclü şəkildə biri-birimizə dəstək verməyimizə, özəlliklə gənc nəsillərin bu istiqamətdə fəallığının daha da artmasına  ehtiyac var”, – millət vəkili qeyd edib. Millət vəkili qonaqlara 20 Yanvar faciəsi, Ermənistanın işğalçılıq siyasəti, Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi Azərbaycan  torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları barədə geniş bilgi verib.  Millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycan və Gürcüstan qonşu və dost ölkələrdir və gənclərimizin biri-birini daha yaxından tanıması,əməkdaşlıq qurmaları istiqamətindəki layihələrin bundan sonar daha da genişlənməsinə böyük ehtiyac var.