Gürcülər “Moskva”da oğurluq etdi

gurculer-moskvada-ogurluq-etdi
Oxunma sayı: 997


DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə,bu il yanvarın 22-də Nəsimi rayonu ərazisindəki  “Moskva” ticarət mərkəzində Bakı şəhər sakini Kifayət Quliyevaya məxsus qızıl şöbəsindən qızıl əşyalar oğurlanıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Gürcüstan vətəndaşları Renat Qasanov və Elvar Novruzov tutulub.

Murad Əhməd