Gürcüstan- Azərbaycan sərhədi ilə bağlı ekspertlərin görüşü keçirilir

Gürcüstan- Azərbaycan sərhədi ilə bağlı ekspertlərin görüşü keçirilir
Oxunma sayı: 874

Hazırda Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə ekspert komissiyasının ikinci görüşü başlayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstan Xarici işlər Nazirliyi məlumat yayıb.

Görüş çərçivəsində hər iki ölkənin komissiyalarını təmsil edən ekspertlər Gürcüstan-Azərbaycan dövlət sərhədinin razılaşdırılmamış sahələrinə baxış keçirəcək və geodezik tədqiqat işləri aparacaqlar.

Ekspertlərin işi sentyabrın 27-nə planlaşdırılıb. Mütəxəssislərin işlərinin nəticələri yaxın vaxtlarda Tbilisidə keçiriləcək Gürcüstan və Azərbaycanın dövlət sərhədinin delimitasiya və demarkasiya komissiyalarının növbəti iclasında baxılmaq üçün təqdim ediləcək. Komissiya iclasının dəqiq tarixi tərəflər arasında diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi